Martın 26-dan Kiyevdə komendant saatının azaldılması planlaşdırılır.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasından bildirilirb.
Məlumata görə, komendant saatı 00:00-dan 05:00-a qədər davam edəcək.
Qeyd edək ki, komendant saatı sonuncu dəfə 2022-ci il mayın 15-də dəyişdirilib. Həmin vaxtdan etibarən şəhərdə hərəkətə məhdudiyyət rejimi saat 23:00-dan 05:00-dək davam edir.
Lalə Salmanova
