Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələ nəticəsində ciddi dağıntılara məruz qalan Adıyaman, Şanlıurfa, Kahramanmaraş ve Gaziantep şəhərlərində güclü yağış yağacaq.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün gunortadan sonra başlayan yağış axşam saatlarında güclənəcək.
"Vətəndaşlardan bu ərazilərdə baş verə biləcək sel, daşqın, güclü külək kimi hallara qarşı diqqətli olmalarını xahiş edirik", – deyə AFAD-ın xəbərdarlığında qeyd olunub.
Eltac Nurullazadə
