Türkiyənin 20-dən çox şəhərində qarlı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsindən bildirilib.
Məlumata görə, həftənin əvvəlindən havanın temperaturu 10 dərəcə aşağı enəcək, ölkə ərazisində yağıntılı hava şəraiti hökm sürəcək.
Kastomonu, Bolu, Eskişehir, Afyonkarahisar, Konya, Niğde, Aksaray, Nevşehir, Kırşehir, Kırıkkale, Yozqat, Tokat, Çorum, Ankara, Çankırı, Amasya, Kütahya, Karabük, Sivas, Kayseri, Uşak, Bilecik, Karaman qar yağacağı gözlənilir.
Lalə Salmanova
