Məzmuna keç

Vəkil ofisində silahlı hücuma məruz qaldı

Türkiyənin İzmit şəhərində vəkilə qarşı silahlı hücum olub.

E-huquq.az “Hukuki Haber” ə istinadən xəbər verir ki, hadisə vəkil Ahmet Alkanın Kemalpaşa Məhəlləsində yerləşən ofisində baş verib.

Belə ki, ofisə gələn naməlum şəxs vəkilə atəş açaraq onu sol ayağından yaralayıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. İlkin tibbi yardımdan sonra vəkil Kocaeli Dövlət Xəstəxanasına aparılıb.

Hazırda polis əməkdaşları şübhəlinin kimliyini müəyyən etmək üçün araşdırmalar aparır.

Qeyd edək ki, vəkil 2019-cu ildə də oxşar hücuma məruz qalıb.

Lalə Salmanova