Məzmuna keç

Parisdə mədəniyyət işçiləri pensiya islahatlarına qarşı aksiya keçirdi

Fransanın paytaxtı Parisdə mədəniyyət işçiləri pensiya islahatlarına qarşı aksiya keçiriblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar Parisin məşhur Luvr muzeyinin qarşısında toplaşıb.

Onlar muzeyin girişini bağlayaraq üzərində "60 yaşında pensiya. Daha uzun yaşamaq üçün az çalış" və "Geri addım atmayacağıq" yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, davam edən etirazlara, tətillərə baxmayaraq, martın 16-da Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Lalə Salmanova