Fevralın 6-da Türkiyədə böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələdən sonra yaxınlarını və evlərini itirən 60 minə yaxın suriyalı könüllü olaraq öz ölkəsinə qayıdıb.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, Suriyadan Türkiyəyə qaçqın axınının olması ilə bağlı iddialara aydınlıq gətirib.
"Bu iddialra həqiqətəuyğun deyil. Biz sərhəd xəttində yoxlamalar apardıq, mülki və hərbi qurumlarla danışdıq. Bunların böhtan olduğunu ictimaiyyətlə bölüşdük. Zəlzələdən sonra yaxınlarını və evlərini itirən 60 minə yaxın suriyalı könüllü olaraq ölkələrinə qayıdıb. Biz heç vaxt sərhədlərdən qeyri-qanuni keçidə icazə verməyəcəyik, belə bir şeydən söhbət gedə bilməz", – deyə nazir bildirib.
Lalə Salmanova
