Məzmuna keç

Kreml: “Qərbin reaksiyası bizim Belarusda nüvə silahı yerləşdirmək planlarımıza təsir etməyəcək”

"Qərb ölkələrinin reaksiyaları Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmə planlarına mane ola bilməyəcək".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz".

O, çıxışı zamanı “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn partlayışlardan da söz açaraq, partlayışların qəsdən törədildiyinə də işarə edib.

“Məlumatlar göstərir ki, kritik infrastruktura qarşı bu genişmiqyaslı təxribat və terror aktının arxasında bəzi dövlətlər və özəl xidmətlər dayanır", – deyə Peskov qeyd edib.

Lalə Salmanova