Estoniyanın xarici işlər naziri Urmas Reynsalu müttəfiqlərini "F-16" qırıcılarını mümkün qədər tez Ukraynaya təhvil verməyə çağırıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, nazir bu barədə “RBC-Ukrayna”ya müsahibəsində danışıb.
O, hava hücumundan müdafiədə "F-16"ların Ukrayna üçün mühüm rol oynayacağına əminliyini bildirib.
Nazir deyib ki, Ukraynanın tərəfdaşları mərhələli hərbi yardım prinsipindən imtina etməli və təcavüzkarı məğlub etmək üçün bütün lazımi silahlarla təmin etməlidirlər.
Lalə Salmanova
