Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
“Düşmən Belopole bölgəsini atəşə tutmaqda davam edir. Bir yardımçı tikili yanıb. İki fərdi yaşayış evinə, ikimərtəbəli yaşayış binasına, qaz kəmərinə ziyan dəyib", – deyə Yermak bildirib.
Lalə Salmanova
