Məzmuna keç

Türkiyədə 4 terrorçu zərərsizləşdirildi

Türkiyənin Hakkari bölgəsində 4 terrorçu zərərsizləşdirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən əməliyyatlar əticəsində 3 terrorçu məhv edilib, 1-i isə sağ ələ keçirilib.

Nazirlik qeyd edib ki, bölgə əhalisinin də dəstəyi ilə antiterror əməliyyatları inam və qətiyyətlə davam edir.

Lalə Salmanova