Rusiyaya məxsus daha bir Su-24M bombardmançı təyyarəsi məhv edilib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələri martın 29-u saat 01:30 radələrində Baxmut istiqamətində Rusiyanın Su-24M bombardmançı təyyarəsini məhv edib.
Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Rusiya Ukrayna ilə müharibədə 306 təyyarə və 291 helikopter itirib.
Lalə Salmanova
