Türkiyənin bəzi şəhərlərində güclü qar olacağı gözlənilir.
E-huquq.az “TRT Haber” ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, Ağrı, Van, Iğdır, Muş, Bitlis, Şırnak, Erzurum, Hakkari, Kars və Siirt şəhərlərində “sarı” və “ narıncı” xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin daha 50 şəhərinə də “sarı” xəbərdarlığı edilmişdi.
Lalə Salmanova
