Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan terrorçular saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədən Yunanıstana, Suriyadan isə Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan 2 nəfər saxlanılıb.
Araşdırma zamanı şəxslərdən birinin FETÖ üzvü, digərinin isə PKK/PYD terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Lalə Salmanova
