Məzmuna keç

Zelenski Rusiya ilə sülhün şərtini açıqladı

“Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər”.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq:

“Çünki, çox böyük itkilər olacaq. Çoxlu sayda qurbanlar olacaq. Ümumiyyətlə, bu insanlarla nə danışaq? Onları təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil. Hamısı budur”.