Məzmuna keç

Ukrayna BQ: “Son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 10 zərbə endirilib”

"Son sutka ərzində Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus işğalçılarının və onların texnikasının cəmləşdiyi 9 ərazini vurub".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 10 zərbə endirib: "Yanacaq-sürtkü materialları anbarı, iki zenit-raket kompleksi, atəş mövqeyində olan artilleriya bölməsi və döyüş məntəqəsini vurulub".

Lalə Salmanova