Məzmuna keç

ABŞ institutu: “Ukrayna qüvvələri Baxmut ətrafında mövqelərini bərpa edib”

"Ukrayna qüvvələri Baxmut ətrafında mövqelərini bərpa edib. Bununla belə, rus qoşunları şəhərin özündə müəyyən uğurlar əldə edirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında qeyd edilib.

Bildirilib ki, Ukrayna əsgərləri Baxmutun cənub-qərbində əks hücuma keçərək şəhərdən təxminən 7 km cənub-qərbdə yerləşən İvanovskoyenin cənubunda itirilmiş mövqeləri bərpa ediblər.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Baxmuta hücumu “ən bahalı əməliyyat” adlandırır. Müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, “düşmənin Baxmutu tutmaq üçün sərf etdiyi vaxt, silah, texnika və böyük itkilər hərbi məqsədəuyğunluq baxımından özünü doğrultmur”.

Lalə Salmanova