Məzmuna keç

Ərdoğan Elazığa gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən sonra tikiləcək yeni evlərin təməlqoyma mərasimində iştirak etmək üçün Elazığ bölgəsinə gedəcək.

E-huquq.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, mərasimdən sonra Ərdoğan zəlzələdən zərərçəkmişlərlə birgə iftar edəcək.

Bildirilib ki, Türkiyə Prezidentinin Ramazan ayı boyunca zəlzələdən zərər çəkmiş vilayətlərə səfərləri davam edəcək.

Lalə Salmanova