"Soyuq Müharibədən bəri nüvə riskinin ən yüksək olduğu dönəmdəyik".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu Təhlükəsizlik Şurasının “Beynəlxalq Sülh və Təhlükəsizliyə Təhdidlər” adlı sessiyada çıxış edərkən deyib.
O bildiirb ki, Ukraynadakı müharibə bu riskin ən ciddi nümunəsidir.
Nakamitsu Vladimir Putinin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyi barədə açıqlamasını xatırladaraq bildirib ki, bütün üzv ölkələr gərginliyi artıracaq və ya səhvlərə yol açacaq addımlardan çəkinməlidir.
BMT baş katibinin müavini deyib ki, bütün ölkələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməlidirlər.
Lalə Salmanova
