Məzmuna keç

Donetks vilayətinin Avdiivka rayonunda sakinlər təxliyə edilir

Ukraynanın Donetsk bölgəsinin “qırmızı zona” elan edilən Avdiivka rayonundan insanlar təxliyə edilib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, təxliyə qrupu sakinləri zirehli maşınlarla rayondan aparır.

"Hər kəsə kömək etmək və atəşə tez reaksiya vermək üçün polis əlavə ekipajlar yaradıb. Avdiivkada 1900-ə yaxın sakin qalıb. Onların əksəriyyəti şəhərin köhnə hissəsində yaşayır. İnsanlar sığınacaqlarını ancaq yemək, su və ya xəstəxanaya getmək üçün tərk edirlər. Amma hər çıxış ölümcül riskdir”, – deyə Milli Polisin məlumatında bildirilir.

Qeyd edək ki, ərazi Rusiya qüvvələri tərəfindən mütəmadi olaraq raket atəşinə tutulur. Rusiya ordusu Avdiyevkanı mühasirəyə almaq üçün səylərini gücləndirib.

Lalə Salmanova