Məzmuna keç

İranda 5,1 bal gücündə zəlzələ oldu

İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Şiraz şəhərindən 257 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.