Məzmuna keç

Türkiyədə avtomobil yük qatarına çırpılıb, yaralılar var –

Türkiyənin Diyarbakır şəhərində avtomobillə yük qatarı toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bismil qəsəbəsində avtomobilin sürücüsü idarəetməni itirərək yük qatarına çırpılıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Lalə Salmanova