Məzmuna keç

İki ailə arasında silahlı dava: ölənlər və yaralılar var

Türkiyənin Tekirdağ şəhərində iki ailə arasında baş verən silahlı dava faciə ilə nəticələnib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Süleymanpaşa rayonunda baş verən davada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Davaya səbəb ailələr arasında yaşanan ədavət olub.

Hadisə ilə bağlı 8 nəfər saxlanılıb. Araşdırmalar davam edir.

Lalə Salmanova