"Misirlə münasibətlərin normallaşması prosesində son zamanlar sürətlənmə var".
E-huquq.az "TRT Haber"ə istinadən xəbət verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, indiyədək iqtisadi və ticari əlaqələrdə heç bir problemin olmadığını, siyasi münasibətlərin tamamilə normallaşması üçün səy göstərdiklərini bildirib.
Çavuşoğlu hər iki tərəfin liderlər səviyyəsində görüş tarixi üzərində çalışdıqlarını və bunun uzanacağı təqdirdə səfirlərin yenidən təyinatı ilə bağlı qərar verilə biləcəyini bildirib.
Lalə Salmanova
