Məzmuna keç

Konqoda torpaq sürüşməsi nəticəsində 19 nəfər ölüb

Konqo Demokratik Respublikasında güclü yağışlar səbəbilə torpaq sürüşməsi olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət Şimali Kivu əyalətinin Bulva kəndində baş verib.

Hadisə nəticəsində 19 nəfər həyatını itirib. Ölənlərin sayının artacağı gözlənilir.

İtkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Lalə Salmanova