Türkiyənin İzmir şəhərində leysana olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, səhər saatlarından yağan şiddətli yağışa görə küçələri su basıb.
Yollarda sürücü və piyadaların hərəkətində çətinliklər yaranıb.
Xüsusilə də Bornova və Buca rayonlarında ildırımla müşayiət olunan leysan yağışları daha güclü olub.
Qeyd edək ki, Meteorologiya Baş idarəsi hava ilə bağlı xəbərdarlıq etmişdi.
Lalə Salmanova
