Məzmuna keç

Ukrayna MN: “Ruslar Xerson vilayətinin işğal olunmuş hissəsində müdafiəni gücləndirir”

"Rusiya hərbçiləri Xerson vilayətinin işğal olunmuş hissəsində əlavə xətlər təchiz edərək müdafiə əməliyyatlarına hazırlaşır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.

"Onlar müdafiəyə və mühəndis strukturlarının yerləşdirilməsinə daha çox diqqət yetirirlər, əlavə müdafiə xətlərini gücləndirirlər. Çünki onlar qısa müddətdə buna ehtiyac duyacaqlarını başa düşürlər. Biz ərazilərin təmizlənməsi üzrə işimizin səmərəliliyini görürük. Sağ sahildə atışmaların sayı sutkada 100-dən 50-60-a qədər azalıb. Artilleriya atəşi hələ də qeydə alınsa da, düşmən döyüşçülərdən istifadə edərək tədricən hava hücumlarına keçir. Son sutka ərzində Berislav və Xerson vilayətlərində üç belə hücum olub", – o bildirib.

Lalə Salmanova