Məzmuna keç

Ukrayna Baş Qərargahı: “İşğalçılar Melitopoldakı sakinləri Rusiyaya təxliyə etməklə qorxudur”

"Rusiyanın işğalı altında olan Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində rus işğalçıları yerli əhaliyə psixoloji təzyiq göstərməkdə davam edir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

"Xüsusilə, ruslar Ukrayna hərbçilərinin gözlənilən hücumu ilə əlaqədar şəhər sakinlərini Rusiyaya təxliyə etməklə qorxudurlar. Bundan əlavə, rus işğalçıları Xerson vilayətində yerli sakinlərin giriş-çıxışını demək olar ki, tamamilə məhdudlaşdırıblar. Bu, işğalçıların ağır texnikasının hərəkəti ilə bağlıdır", – deyə məlumatda qeyd olunub.

Lalə Salmanova