Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Ruslar Baxmutu tam nəzarətə almağa çalışır”

"Ruslar Baxmut şəhərini tam nəzarətə götürməyə və ora hücuma davam etməyə çalışırlar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, rus hərbçiləri Donetsk vilayətinin Boqdanovka ərazisində uğursuz hücum əməliyyatları keçiriblər.

"Gün ərzində müdafiə qüvvələrinin bölmələri düşmənin 30-a yaxın hücumunu dəf edib. Donetsk vilayətinin Vasyukovka, Minkovka, Orexovo-Vasilyevka, Novomarkovo, Baxmut, Çasov Yar, Qriqorovka, İvanovskoye, Severnoye və Şumı da daxil olmaqla 15-dən çox yaşayış məntəqəsi düşmən atəşindən zərər çəkib”, – Baş Qərargahdan qeyd olunub.

Lalə Salmanova