Rusiya qoşunları son sutka ərzində Ukrayna ərazisinə 3 raket və 47 hava zərbəsi endirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, işğalçılar İrana məxsus 17 “Şahed-136” pilotsuz uçan aparatından istifadə ediblər. Ukrayna müdafiəçiləri onlardan 14-nü məhv ediblər.
"Həmçinin, düşmən reaktiv yaylım atəşi sistemlərindən 42 atəş açıb. Mülki əhali arasında ölən və yaralananlar var", – qeyd olunub.
Lalə Salmanova
