"Aprelin 4-də gün ərzində Ukrayna hərbi aviasiyası rus işğalçılarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi yerlərə 9 zərbə endirib"
E-huquq.az UNİAN-a istinadn xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildiirlib ki, Rusiyaya məxsus “Kub” kamikadze tipli pilotsuz uçuş aparatı vurulub.
“Raket və artilleriya bölmələri 3 komanda məntəqəsini, 2 canlı qüvvənin cəmləşdiyi ərazini, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemini vurub”, – deyə məlumatda qeyd olunub.
Lalə Salmanova
