Məzmuna keç

Stoltenberq: “İsveç üçtərəfli memorandumun şərtlərinə əməl etməlidir”

"İsveçin mümnün qədər tez NATO-ya üzv olması olması üçün əlimizdən gələni edəcəyik".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, İsveç Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumla üzərinə götürdüyü vədlərə əməl etməlidir.

"NATO-ya üzvlüyün təsdiqlənməsinə heç bir maneə olmamalıdır. Təbii ki, bu, bizim üçün və şəxsən mənim üçün əsas prioritetdir. Təbii ki, bütün müttəfiqlərimiz bununla razılaşır. Təbii ki, İsveçin üzvlüyünü mümkün qədər tez təmin etmək üçün əlimizdən gələni edəcəyik. Biz bu məsələ üzərində işləməyə davam edəcəyik”, – deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, dünən Finlandiya NATO-ya rəsmi üzv olub

Eltac Nurullazadə