Məzmuna keç

Reznikov: “Bu ilin qələbə ili olduğuna inanıram”

"Şəxsən mən bu ilin qələbə ili olduğuna inanıram".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib.

O, Rusiya-Ukrayna müharibəsinin bu il başa çatacağını bildirib: "“Rusların da, bizim də resurslarımız azalır. Amma bizim "Ramşteyn" qrupu var. Artıq 50-dən çox ölkə bizim qələbəmizə inanır və buna sərmayə qoyur".

Reznikov vurğulayıb ki, Rusiya Federasiyasının Buça, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi vəhşilikləri dünya bildiyi üçün bu müharibə “informasiya komponenti” səbəbindən uzun müddət davam edə bilməz.

Lalə Salmanova