Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Rusiya ordusu son sutkada 390 hərbçi itirib”

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 176 630-a çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində Ukrayna hərbçiləri 390-a yaxın rus əsgərini məhv edib.

Məlumata görə, Rusiyanın müharibədəki itkiləri 3 631 tank, 7013 zirehli maşın, 2 287 operativ-taktiki PUA, 532 reaktiv yaylım atəşi sistemi, 2 714 artilleriya sistemi, 281 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 292 helikopter, 5 574 avtomobil və tanker, 302 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.

Lalə Salmanova