Məzmuna keç

Avtomobilin üzərinə qaya parçası düşdü: 4 müəllim həlak oldu

Türkiyənin Adana şəhərində avtomobilin üzərinə qaya parçası düşüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Saimbəyli rayonunda baş verib.

Məlumata görə, avtomobildə olan 4 müəllim həyatını itirib.

Müəllimlər dərsdən sonra yaşadıqları Feke rayonuna qayıdırmış.

Türkiyənin milli təhsil naziri Mahmut Özer həlak olan müəllimlərin ailələrinə başsağlığı verib.

Lalə Salmanova