"Rusiya Ukraynanın şərqinə Belarusdakı poliqonlarda təlim keçmiş 4 min nəfəri göndərməyi planlaşdırır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Tavriç Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovski deyib.
Dmitraşkovski həmçinin xatırladıb ki, ötən həftə Donetsk istiqamətində dörd min rus hərbçisi məhv edilib. O əlavə edib ki, bu yolla ruslar itkiləri şəxsi heyətlə doldurmağa çalışırlar.
Lalə Salmanova
