Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 2 ay ərzində 24 927 zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Türkiyə və yaxın ətraflarda zəlzələ aktivliyi AFAD tərəfindən fasiləsiz olaraq izlənilir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində 50 399 nəfər həlak olub.
Lalə Salmanova
