Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Əl-Əqsa məscidinə hücumlara qarşı İslam dünyasının həmrəy olmasının vacibliyini vurğulayıb.
O, bütün tərəfləri sağlam düşüncəyə yönəltmək üçün təşəbbüslər göstərməyin faydalı olacağını söyləyib.
Həmçinin Türkiyə-İran münasibətləri və regional məsələlər müzakirə edilib.
Lalə Salmanova
