Türkiyənin Çorum şəhərində Təravih namazından sonra məsciddən çıxan vətəndaşlar silahlı hücuma məruz qalıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, açılan atəş nəticəsində 6 nəfər yaralanıb.
Yaralılar müalicə üçün İskilip Atıf Hoca Dövlət Xəstəxanası və Bayat Dövlət Xəstəxanasına, daha sonra isə Hitit Universiteti Erol Olçok Tədris və Araçdırma xəstəxanasına aparılıb.
Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Lalə Salmanova
