Məzmuna keç

İdarəetmədən çıxan avtomobil səkiyə çırpıldı, 5 nəfər yaralandı –

Türkiyənin İstanbul şəhərində idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kadıköydə baş verən qəza nəticəsində 5 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi müdaxildən sonra Fatih Sultan Mehmet Təhsil və Araşdırma xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Lalə Salmanova