Məzmuna keç

Avstraliyada güclü qasırğa gözlənilir

Avstraliya "İlsa" qasırğasının yaxın günlərdə şiddətinin artacağı və 4-cü kateqoriyaya keçəcəyi ehtimal olunur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstraliya Meteorologiya İdarəsi xəbərdarlıq edib

Kimberley bölgəsində güclü şimşəklə müşayiət olunan tufanların olacağı və küləyin sürətinin saatda 250 kilometrə çatacağı bildirilib.

Xəbərdarlıqdan sonra insanlar kütləvi şəkildə marketlərə axın ediblər. Yerli mətbuatda yayılan görüntülərdə marketlərdə rəflərin boşaldıldığı görünür.

Qeyd edək ki, 2021-ci ildə Kabbari şəhərində baş verən güclü qasırğa səbəbilə 31 mindən çox evdə elektrik enerjisi kəsilmiş, turizm qəsəbəsi sayılan Kalbarridə binaların 70 faizinə ziyan dəymişdi.

Lalə Salmanova