Məzmuna keç

Məhkəmə qərarının icrasını tələb edən vəkil silahla təhdid edildi

Türkiyədə vəkil hücuma məruz qalıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İstanbul Vəkillər Kollegiyasının üzvü Müslüm Oktay məhkəmə qərarının icrası ilə bağlı getdiyi şirkətdə təhqir olunub və silahla təhdid edilib.

O, qərarın icrasını həyata keçirə bilmədən binanı tərk etməli olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

İstanbul Vəkillər Kollegiyası vəkilə qarşı hücumu qınayan bəyanat yayıb.

Lalə Salmanova