Türkiyənin Kocaeli şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Gebze rayonunda qeydə alınan qəzada 4 nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Lalə Salmanova
