Məzmuna keç

Hərbi Administrasiya: “Xarkovda atışma zamanı bir qadın yaralanıb, daha iki nəfər minaya düşüb”

"Kupyansk şəhərində Rusiya ordusunun atəşi nəticəsində 62 yaşlı qadın yaralanıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, gün ərzində Xarkov, Çuqevski, İzyum və Kupyanskinin sərhəd və cəbhəyanı yaşayış məntəqələri atəşə tutulub.

"Çuqevskinin atəşə tutulması nəticəsində azı dörd yaşayış binası və yolun hərəkət hissəsi zədələnib. Bundan əlavə, İzyumskidə Rusiyaya məxsus pilotsuz təyyarənin düşməsi nəticəsində 10 hektarlıq əkin sahədə yanğın baş verib. Dünən 32 yaşlı kişi Kupyanskinin Spodobovka kəndi yaxınlığındakı əkin sahəsində partlayış nəticəsində xəsarət alıb. Rubejnoyedə isə 48 yaşlı kişi mina partlaması nəticəsində yaralanb", – deyə Sinequbov bildirib.

Lalə Salmanova