Məzmuna keç

Kolumbiyada körpü uçub, ölən və yaralılar var

Kolumbiyada Quindio və Valle del Kauca şəhərlərini birləşdirən körpü uçub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, körpünün uçması nəticəsində hərəkətdə olan avtomobillər aşağıya doğru yuvarlanıb.

Nəticədə 2 polis əməkdaşı həyatını itirib. Daha 15 nəfərin isə yaralandığı bildirilir.

Körpünün uçması səbəbindən ölkənin cənub-qərb hissəsindəki Pereyra, La Paila, Kalarka və Manizales yolları nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Quindio qubernatoru Roberto Jaramillo qeyd edib ki, 1984-cü ildə La Vieja çayı üzərində tikilmiş körpünün dağılmasının səbəblərini araşdırmaq üçün ekspert qrupu təyin edilib.

Lalə Salmanova