Məzmuna keç

Malavidə “Freddi” qasırğası nəticəsində ölənlərin sayı 1000 nəfərə çatıb

Malavidə "Freddi" qasırğası nəticəsində ölənlərin sayı 1000 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Malavi Prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında bildirib.

Qasırğanın törətdiyi fəsadlar barədə danışan prezident yarıım milyondan çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını deyib.

"Evlər, körpülər, məktəblər və iş yerləri dağıdılıb, yollar, elektrik xətləri və əkin sahələrinə ziyan dəyib", – Çakvera bildirib.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı "Freddi" qasırğasının tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlamışdı.

Lalə Salmanova