Məzmuna keç

Çilidə tələbələr etiraz aksiyası keçirib

Çilidə yüzlərlə tələbə hökumətin təhlükəsizliklə bağlı qəbul etdiyi qanununa görə etiraz aksiyası keçirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Santyaqonun mərkəzində yürüş edən tələbələr "polisin silahdan istifadə səlahiyyətini genişləndirən" qanununa etiraz edib.

Qanununun ləğvini istəyən tələbələrlə polis arasında qarşıdurma yaranıb. Polis daş və molotov kokteyli atan etirazçılara gözyaşardıcı qaz və şırnaqla cavab verib.

Bildirilir ki, tələbələr qanunun “imtiyazlı özünümüdafiə” maddəsinə görə kəskin etiraz edirlər. Milli Konqres tərəfindən təsdiqlənən qanun bir ay ərzində 3 polisin açılan atəş nəticəsində öldürülməsindən sonra hökumət tərəfindən təqdim edilmişdi.

Lalə Salmanova