Türkiyənin İstanbul şəhərində tramvay relsdən çıxıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən Bağcılar istiqamətində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Əraziyə əməliyyat qrupu cəlb olunub, sərnişinlər avtobus dayanacaqlarına yönləndirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Lalə Salmanova
