Məzmuna keç

İstanbulda bina çökdü, yaralanan var –

Türkiyənin İstanbul şəhərinin Güngörən bölgəsində bina çöküb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Binanın yaxınlığındakı 4 avtomobil dağıntılar altında qalıb.

Əraziyə dərhal polis və yanğınsöndürənlər cəlb olunub.

Hazırda dağıntılar altında insanların olub-olmadığını müəyyən etmək üçün axtarış işləri davam etdirilir

Eltac Nurullazadə