Xilasedicilər aprelin 6-da Miyako adasının cənubunda qəzaya uğrayan yüksək rütbəli hərbçiləri daşıyan Yaponiya hərbi helikopterinin ekipajının beş üzvünün cəsədini tapıblar.
E-huquq.az-ın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Axtarış qrupu qəzaya uğrayan helikopterin qalıqlarını da tapıb.
Qəza zamanı təyyarədə 2 pilot və Kumamoto prefekturasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 8-ci Diviziyasının komandiri də daxil olmaqla 10 nəfər olub.
