Məzmuna keç

Oğurladığı maşınla qəza törətdi

Türkiyənin Aksaray vilayətində karqo şirkətinə məxsus avtomobili oğurlayan şəxs polisin təqibi zamanı qəza törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Kılıçaslan məhəlləsində qeydə alınıb. Belə ki, karqo şirkətində işləyən Ö.G. işlədiyi şirkətə məxsus avtomobili bağlamanı çatdıracağı binanın qarşısında park edib. O, açarı avtomobilin üzərində qoyaraq karqonu sahibinə çatdırmağa gedib. Bu zaman Fatih Güzey adlı şəxs maşını işə salaraq oradan uzaqlaşıb. Geri qayıdanda avtomobilin oğurlandığını görən Ö.G polisə xəbər verib.

Polis peyk izləmə sistemindən nəqliyyat vasitəsinin olduğu ərazini təyin edib. Avtomobilin olduğu əraziyə dərhal polis əməkdaşları cəlb olunub. Polisin '"dayan" xəbərdarlığına tabe olmayan Güzey Niğde-Əmirqazi yol qovşağında baryerlərə çırpılarkən yaxalanıb.

Qəzadan əvvəl bıçaqla biləyini kəsən, özünə xəsarət yetirən və qəzada yüngül xəsarət alan Fatih Güzey Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Güzeyin müalicəsi başa çatdıqdan və evə buraxıldıqdan sonra nəzarətə alınacağı bildirilib.

Şəbnəm Mehdizadə